Məktəblilərimiz coğrafiya olimpiadasında UĞUR qazanıblar

Məktəblilərimiz coğrafiya olimpiadasında UĞUR qazanıblar
Bölmə adı Xəbərlər
Yayımlandı 17 İyul 2026, 18:56

28 iyun–3 iyul 2026-cı il tarixlərində Bolqarıstanın Varna şəhərində keçirilən XII Avropa Coğrafiya Olimpiadasında Azərbaycanı təmsil edən şagirdlər 2 bürünc medal qazanıblar.

"Aztəhsil.az" medal qazanan şagirdləri təqdim edir:

Məhəmməd Abdulla – BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 9-cu sinif şagirdi;

Yəhya Əhməd – Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 10-cu sinif şagirdi.

Qeyd edək ki, Avropa Coğrafiya Olimpiadası məktəblilər arasında coğrafiya sahəsində bilik və bacarıqların inkişafını təşviq edən nüfuzlu beynəlxalq yarışlardan biridir.