Lənkəran Dövlət Universitetində (LDU) 8 Mart –Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib. LDU-nun rektoru, professor Natiq İbrahimovun universitetin və LDU-nun nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin xanım əməkdaşlarına və tələbələrinə bayram təbrikini LDU-nun sosial məsələlər üzrə prorektoru Ramiz Şəmmədov təqdim edib.
Aztəhsil.az xəbər verir ki, təbrikdə 8 Mart Beynəlxalq Qadınlar Bayramının tarixinə ekskursiya edilib, Azərbaycan qadınının ölkənin ictimai-siyası həyatında artan rolundan söz açılıb, Lənkəran Dövlət Universitetinin əldə etdiyi uğurlarda universitetdə çalışan xanım əməkdaşların böyük əməyinin olduğu qeyd edilib, onlara minnətdarlıq bildirilib, xoş bayram arzuları çatdırılıb.
Qeyd edək ki, 8 Mart Qadınlar Günü münasibəti ilə LDU-da çalışan bütün xanım əməkdaşlara pul mükafatları verilib.