Aztəhsil.az xəbər verir ki, 9 mart 2017-ci ildə Bakı-Sumqayıt yolunda baş verən qəza zamanı təhsil ocağının 6 tələbəsi həyatını itirib.
Həlak olan gənclər Rəşad Canizadə, Roza Muradova, Lala Nəsibzadə, Çinarə Quliyeva, İbrahim Quliyev və İbrahim Nəsibovdur. Hadisə tələbələri daşıyan mikroavtobusun “Zil” markalı yük maşınına çırpılması nəticəsində baş verib.