Məleykə Abbaszadə: Şagirdlərin 9 və 11-ci sinifdəki imtahan nəticələri eynidir

Məleykə Abbaszadə: Şagirdlərin 9 və 11-ci sinifdəki imtahan nəticələri eynidir
Bölmə adı Xəbərlər
Yayımlandı 13 Mart 2026, 21:15

Aztəhsil.az saytı Oxu.az -ın müsahibəsinə əsasən xəbər verir :

- Statistik təhlillərimizdə yer alan bir məsələyə də diqqət çəkmək istəyirəm. 
 2023-cü ildə 9-cu sinif üzrə və 2025-ci ildə 11-ci sinif üzrə buraxılış imtahanlarında iştirak edən eyni şagirdlərin imtahandan aldıqları qiymətlərin paylanmasına baxsanız, aydın olur ki, nəticələr arasında korrelyasiya, yəni uyğunluq var. 

  • Məsələn, riyaziyyat fənni üzrə nəticələri müqayisə etsək görərik ki, 9-cu sinifdə 75-100 bal toplayan şagirdlərin 86.4%-i həmin nəticəni 11-ci sinif buraxılış imtahanında da təkrarlayıb. 
  • Eləcə də 9-cu sinifdə 0-25 bal toplayanların 87.6%-i 11-ci sinifdə yenə həmin aralıqda bal toplaya bilib.