Aztəhsil.az saytı Oxu.az -ın müsahibəsinə əsasən xəbər verir :
- Çünki imtahan iştirakçıları sualları vaxt limiti, imtahan mühiti və psixoloji gərginlik kimi amilləri nəzərə alaraq cavablandırırlar, sonradan testlərə baxanlar isə həmin şəraitdən kənarda qiymətləndirmə aparırlar.
- Bir daha qeyd etmək istərdik ki, müxtəlif zonalar üzrə imtahan variantları xüsusi proqram təminatı və standart alqoritm əsasında eyni prinsiplə formalaşdırılır. Daha konkret desək, hər bir variantda tapşırıqların çətinlik səviyyələri üzrə paylanması eyni olur.
- Uzun illər aparılan statistik təhlillər göstərir ki, müxtəlif zonalarda istifadə olunan test blokları arasında korrelyasiya əmsalı 0.9-dan yüksəkdir. Bu isə imtahan variantlarının çətinlik səviyyəsinin statistik baxımdan ekvivalent olduğunu və fərqlərin yalnız məqbul statistik xəta çərçivəsində qaldığını göstərir.