Amsterdamda yəhudi məktəbində partlayış olub

Amsterdamda yəhudi məktəbində partlayış olub
Bölmə adı Xəbərlər
Yayımlandı 14 Mart 2026, 11:43

Amsterdamın Büytenveldert rayonundakı yəhudi məktəbində martın 14-nə keçən gecə partlayış baş verib.

Aztəhsil.az xəbər verir ki, bu barədə NOS nəşri məlumat yayıb.

Polis və yanğınsöndürənlər operativ şəkildə hadisə yerinə gəliblər, partlayış nəticəsində əmlaka məhdud dərəcəli ziyan dəyib. Hazırda zərərçəkənlər barədə məlumat yoxdur.

Bildirilir ki, Lyej və bu yaxınlarda Rotterdamdakı yəhudi qurumlarında baş vermiş insidentlərlə əlaqədar təhlükəsizlik tədbirləri daha da gücləndirilib.