Göyçay məktəbinə LİSEY statusu verildi - MÜDTA

Göyçay məktəbinə LİSEY statusu verildi - MÜDTA
Bölmə adı Xəbərlər
Yayımlandı 14 Mart 2026, 16:05

Aztəhsil.az xəbər verir ki, Göyçay şəhəri 5 nömrəli tam orta ümumtəhsil məktəbinin tipi dəyişdirilərək Göyçay şəhəri 5 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey statusu verilmişdir.

Bununla əlaqədar olaraq bildiririk ki:
- Liseyə I sinfə qəbul və şagird yerdəyişməsi dayandırılmışdır.
- Liseyə şagird qəbulu yalnız VII sinifdən etibarən mərkəzləşdirilmiş imtahanın nəticələrinə əsasən həyata keçiriləcəkdir.

- Valideynlərdən və şagirdlərdən qəbul prosesi ilə bağlı bu dəyişiklikləri nəzərə almaları xahiş olunur.