Dövlət Proqramı üzrə ən çox verilən suallar və cavabları

Dövlət Proqramı üzrə ən çox verilən suallar və cavabları
Bölmə adı Xəbərlər
Yayımlandı 14 Mart 2026, 17:53

“2022-2028-ci illər üçün Dövlət Proqramı”na müraciətlə bağlı bizə ən çox ünvanladığınız sualları cavablandırırıq.

  • Sual: Dövlət Proqramına müraciət etmək istəyən namizədlər prosesə haradan başlamalıdırlar? 
  • Cavab: Dövlət Proqramına müraciət prosesinə ilk növbədə xarici ali təhsil müəssisəsindən qəbul əldə etməklə başlanılmalıdır. 

Namizədlər əvvəlcə prioritet ixtisas sahələri üzrə 2026-2027-ci tədris ili üçün müəyyən edilmiş proqramların birindən qəbul məktubu almalıdırlar. 

Bundan sonra isə Dövlət Proqramının sənəd qəbulu mərhələsində elektron müraciətlər digər təsdiqedici sənədlərlə birlikdə portal.edu.az saytı üzərindən təqdim edilməlidir.

www.dp.edu.az saytında yerləşən “Mütəmadi verilən suallar” bölməsinə keçid edərək sizi maraqlandıran digər suallarınıza da cavab tapa bilərsiniz.