Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov Novruz bayramını tələbələri ilə bir yerdə Ahıllar Evini ziyarət edərək qeyd edib.
Rektorun ahıllarla səmimi və xoş ünsiyyəti diqqət cəlb edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov:
"Hər il olduğu kimi, bu il də Novruz Bayramı öncəsi UNEC tələbələri ilə birlikdə Ahıllar Evini ziyarət etdik. Ahılları təbrik etdik, ən xoş arzularımızı çatdırdıq.
Ahıllar Evinə getdik ki, ahılları sevindirək və sevinək. Getdik ki, ahıllara dua edək və dualarını alaq. Getdik ki, unudulmadıqlarını bir daha çatdıraq. Hikmət öyrənmək üçün getdik. UNEC tələbələrinə, gənc nəslə örnək olmaq üçün getdik. Həm də düşünmək üçün getdik - həyat haqqında, insan haqqında və insanlıq haqqında...
Bir daha Ahıllar Evinin hər bir sakinini təbrik edirəm. Allah böyükləri qorusun.
Ahıllara diqqət və qayğılarını, nəvaziş və nəzakətini gördükcə bir daha UNEC tələbələrilə qürur duydum.