Universitetin tam maliyyələşdirdiyi doktorantura təqaüd proqramı çərçivəsində daha 5 gənc tədqiqatçı Fransanın aparıcı universitetlərində doktorantura təhsilinə başlayır.
Məqsəd dünyanın nüfuzlu universitetlərində yetişən gənclərin gələcəkdə #ADNSU-ya #qayıdaraq professor-müəllim heyətini gücləndirməsi, yeni tədqiqat istiqamətləri formalaşdırması və ölkəmizin elmi potensialına töhfə verməsidir.
Bununla yanaşı, daha 2 namizəd ADNSU, UFAZ və Fransanın Azərbaycandakı Səfirliyinin birgə maliyyələşdirdiyi Cotutelle doktorantura proqramına seçilib və tədqiqatlarını həm Fransada, həm də ADNSU-da aparacaqlar.