Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
Bölmə adı Xəbərlər
Yayımlandı 14 İyun 2026, 10:11

İyunun 13-də elm və təhsil naziri Emin Əmrullayev Kəlbəcər rayonu B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən "Son zəng" tədbirində iştirak edib.  

"Aztəhsil.az" xəbər verir ki, nazir məktəbin ilk və yeganə məzunu Nəzrin Atakişiyevanı məzun olması münasibətilə təbrik edib, ona gələcək təhsil həyatında uğurlar arzulayıb.  

Tədbir zamanı işğaldan azad edilmiş ərazilərdə təhsilin bərpası istiqamətində görülən işlərdən, Kəlbəcərdə formalaşan yeni təhsil mühitindən danışılıb.  

Tədbir şagirdlərin ifasında hazırlanmış maraqlı "Son zəng" proqramı ilə yekunlaşıb.