ADPU-da son kurs tələbələri üçün yenilik - ayrıca hər-hansı müdafiə keçirilməyəcək

ADPU-da son kurs tələbələri üçün yenilik - ayrıca hər-hansı müdafiə keçirilməyəcək
Bölmə adı Xəbərlər
Yayımlandı 17 İyun 2026, 15:38

Azərbaycan Dövlət Pedaqoji Universiteti və filiallarından məzun olacaq tələbələrin təcrübələrinin qiymətləndirmə qaydalarında dəyişiklik edilib.

Aztehsil.az xəbər verir ki, dəyişikliyə əsasən, cari tədris ilində təcrübənin yekun nəticəsi tədris və istehsalat təcrübələrində topladığınız balların ortalaması (ədədi ortası) ilə müəyyən olunacaq. 

Hesabatlar isə təcrübə rəhbərinə təqdim olunacaq və ayrıca hər-hansı müdafiə keçirilməyəcək. 

Məsələn, siz tədris təcrübəsindən 90 bal, istehsalat təcrübəsindən 80 bal toplamısınızsa, o halda yekun təcrübə qiymətiniz bu qiymətlərin ədədi ortası ((90+80)/2=85) olan 85 bal olacaqdır.