Valideyn yazır: İndiki müəllimlər dərs keçmək əvəzinə telefonla məşğul olur

Valideyn yazır: İndiki müəllimlər dərs keçmək əvəzinə telefonla məşğul olur
Bölmə adı Xəbərlər
Yayımlandı 30 İyun 2026, 10:15

Salam,bir valideyn olaraq bu müraciəti yazıram. Çünki övladlarımızı məktəbə təhsil almaq üçün göndəririk.

Mövzuyla bağlı valideyn Aztehsil.az-a bildirib ki: Son vaxtlar bəzi müəllimlərin dərs keçmək əvəzinə telefonla məşğul olması, şagirdlərlə sosial şəbəkələr üçün videolar çəkməsi, müxtəlif paylaşımlar hazırlaması bizim dərsin keyfiyyətinə olan inamımızı azaldır. Dərs tam izah olunmur, uşaqlar mövzunu başa düşmədən evə qayıdır, amma müəllimlərin uşaqlarla video çəkməyə vaxtı tapılır.

Müəllim şagirdə nümunə olmalıdır. Əgər müəllim özü dərs vaxtı telefondan ayrılmırsa, şagirddən necə tələb etmək olar ki, telefondan istifadə etməsin və dərsə diqqət ayırsın?

Valideynlər repetitor tutmağa məcbur qalır, çünki məktəbdə mövzular tam keçilmir. Məktəbin əsas məqsədi uşaqları öyrətməkdir, müəllimlərin sosial şəbəkələr üçün görüntü yaratması deyil.

Xahiş edirəm bu məsələ ciddi araşdırılsın. Dərs prosesinə nəzarət gücləndirilsin, müəllimlərin dərs vaxtı şəxsi telefonlardan istifadə etməsi və şagirdlərlə sosial şəbəkələr üçün video çəkməsi dayandırılsın. Uşaqlarımızın təhsil almaq hüququnun lazımi səviyyədə təmin olunmasını istəyirik.

Ümid edirəm ki, müraciətimiz diqqətdə saxlanılacaq və lazımi tədbirlər görüləcək.