Məktəblilərimiz beynəlxalq olimpiadada 3 medal qazanıblar

Məktəblilərimiz beynəlxalq olimpiadada 3 medal qazanıblar
Bölmə adı Xəbərlər
Yayımlandı 20 İyul 2026, 17:06

Məktəblilərimiz Beynəlxalq Kimya Olimpiadasında (IChO) gümüş və bürünc medallar qazanıblar.

"Aztəhsil.az" xəbər verir ki, iyulun 10-dan 19-dək Özbəkistanın Daşkənd şəhərində keçirilən olimpiadada 90-dan çox ölkəni təmsil edən 350-dən çox şagird yarışıb.

Medal qazanan şagirdlərimiz:

Gümüş medal:
Yaqub Baratlı – Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi.

Bürünc medallar:
Elman Kərimli – Bakı Dövlət Univeristetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin 11-ci sinif şagirdi;
Qurban Piriyev – Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi.