Peşə təhsili müəssisələrinə qəbul başlayır

Peşə təhsili müəssisələrinə qəbul başlayır
Bölmə adı Xəbərlər
Yayımlandı 21 İyul 2026, 16:11

Peşə təhsili müəssisələrinə 2026–2027-ci tədris ili üzrə tələbə qəbulu 23 iyul tarixində başlayacaq.

"Aztəhsil.az" xəbər verir ki, qəbul prosesi barədə ətraflı məlumat Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında paylaşılacaq.

Qeyd edək ki, bu il peşə təhsili müəssisələrinə qəbul "portal.edu.az" platforması üzərindən həyata keçiriləcək. Sistemə giriş isə myGov ID vasitəsilə təmin olunacaq.