Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib

Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib
Bölmə adı Xəbərlər
Yayımlandı 24 İyul 2026, 17:25

 

İyulun 24-də elm və təhsil naziri Emin Əmrullayev Saatlı şəhərində vətəndaş qəbulu keçirib.

"Aztəhsil.az" xəbər verir ki, qəbulda Saatlı, Sabirabad və İmişli sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. 
 
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.