Hərbi xidmətə çağırışla bağlı qərara dəyişiklik edilib

Hərbi xidmətə çağırışla bağlı qərara dəyişiklik edilib
Bölmə adı Xəbərlər
Yayımlandı 28 İyul 2026, 12:14

"Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi" ilə bağlı qərara dəyişiklik edilib.

"Aztəhsil.az" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru komissiyanın üzvləri siyahısında çıxarılıb, onun əvəzinə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini siyahıya əlavə edilib.