Naxçıvan məktəbliləri MRİO-da 9 medal qazanıblar

Naxçıvan məktəbliləri MRİO-da 9 medal qazanıblar
Bölmə adı Xəbərlər
Yayımlandı 25 İyun 2026, 10:44

Bakı şəhərində keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında mübarizə davam edir. 

“Aztəhsil.az” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası olimpiadada 8 idman növündə 17 məşqçi-müəllim və 64 məktəbli ilə təmsil olunur. 

Naxçıvan təmsilçiləri olimpiyada çərçivəsində iştirak etdiyi yarışlarda 3 qızıl, 1 gümüş və 5 bürünc medal qazanmağa müvəffəq olublar. 

Atletika yarışlarında Ümid Musayev topatma növündə, Uğur Məmmədli isə qaçaraq uzunluğa tullanma üzrə qızıl medala layiq görülüblər. Murad Babayev 600 metr məsafəyə qaçışda bürünc medal qazanıb. Ağırlıqqaldırmada Fəxrəddin Allahverdiyev (+71 kq) qızıl, Ümid Hüseynov (52 kiloqram) gümüş, Mikayıl Novruzov (71 kiloqram) isə bürünc medal qazanıblar. Cüdo yarışlarında Nihad İmanov (81 kq) bürünc, sərbəst güləşdə isə Şamxal Əlizadə (52 kq) və Ramal Bağırov (75 kq) bürünc medalçı olublar.

ƏN ÇOX OXUNANLAR