2000 manatdan çox əməkhaqqı alan müəllimlərin sayı AÇIQLANDI

2000 manatdan çox əməkhaqqı alan müəllimlərin sayı AÇIQLANDI
Bölmə adı Xəbərlər
Yayımlandı 30 İyun 2026, 10:51

Ölkə üzrə müəllimlərin cəmi 1 faizi (1426 nəfər) 2000 manat və daha artıq əməkhaqqı alır.

" Aztəhsil.az " xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Müəllimlərin 12 faizi (14 228 nəfər)1500-2000 manat, 36 faizi (40 240 nəfər) 1000-1500 manat, 39 faiz müəllim (45 126 nəfər) 500-1000 manat, 12 faiz müəllim (14 372 nəfər) isə 500 manatdan az maaş alır.