“Müəllimin fənn biliyi hələ hər şey demək deyil. Müəllimin sinif idarəetmə bacarığı, dərs demək qabiliyyəti önəmlidir”.
“ Aztəhsil.az ” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil”mövzusunda keçirilən tədbirdə deyib.
Nazirin sözlərinə görə, 30 suala cavab verə bilməyən müəllimin metodikası önəmli deyil: “Bizim işimizin böyük hissəsi müəssisə rəhbərlərini düzgün seçməkdir. Yaxşı müəllim yaxşı rəhbər olmaya da bilər. Məktəblərimizin idarəetməsində bacarıqlı, vicdanlı, düzgün şəxslər olmalıdır”.