“Əvvəl elə müəllimlər var idi ki, ərizəni, “müəllim”, “qrup” sözünü düzgün yazmırdılar. İndi elə müəllimlər yoxdur”.
“Aztəhsil.az” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, sertifikatlaşdırma prosesinin ikinci mərhələsi ilə bağlı müzakirələr davam edəcək:
“Mövcud qanunvericiliyə əsasən, ikinci dövriyyədə 50 bal toplayan müəllimlərin əməkhaqqı 10% artacaq. Lakin ümumilikdə sertifikatlaşdırmanın ikinci dövriyyəsi ilə bağlı müzakirələr aparılacaq”.
Emin Əmrullayev qeyd edib ki, son 10-15 illə müqayisədə müəllimlərin əməkhaqqı dəfələrlə artıb:
“Biz elə suallar yazmalıyıq ki, nə birdən-birə müəllimlərin 25%-i kəsilsin. Nə də asan suallar qoymamalıyıq ki, hamı yüksək bal toplasın. Bizin xeyli yaxşı müəllimimiz var, zəif müəllimlərin sayı azdır. İndi müəllimlərimizin bir-birindən fərqi çox azdır.”.
O bildirib ki, valideynlər övladları üçün müəllim seçməməməlidir, növbəti mərhələdə müəllimləri eyni standarta gətirmək lazımdır.