Sertifikasiya imtahanında hansı dəyişikliklər olacaq?

Sertifikasiya imtahanında hansı dəyişikliklər olacaq?
Bölmə adı Xəbərlər
Yayımlandı 30 İyun 2026, 12:16

“Təhsil sistemimizi dar bir çərçivəyə salmışıq. Belə bir fikir formalaşıb ki, müəyyən sayda sualı cavablandırmaq əsasdır, bununla məsələ bitir”.

“Aztəhsil.az” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə sual-cavab sessiyasında deyib.

Nazir bildirib ki, sertifikatlaşdırma imtahanında suallar bəzi meyarları ölçür, amma hər şeyi ölçmür: “Məsələn, riyaziyyatdan hər hansı teoremi isbat edə bilən müəllimi seçmirik, amma, məncə, buna ehtiyac var. Növbəti mərhələdə sertifikatlaşdırma imtahanında metodiki məsələlərə daha çox diqqət yetiriləcək”.