sakinləri üçün yeni peşə hazırlığı kursuna başlayıb. Kurs Xankədidə fəaliyyət göstərən “GP Safety” MMC-nin bazasında təşkil olunub.
Bu barədə ƏƏSMN-in məlumatına istinadən Aztəhsil.az xəbər verir.
Bildirilib ki, müdavimlərə tikiş avadanlıqlarının operatoru peşəsi üzrə nəzəri və praktiki biliklər tədris edilir, müvafiq istehsalat bacarıqları aşılanır. Kursu uğurla bitirənlər işlə təmin olunacaqlar.
Məqsəd azad edilmiş ərazilərdə bu sahədə peşəkar kadrlara olan tələbatın qarşılanması, işsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələmələrinə dəstək göstərməkdir.