Daha 6 itkin-şəhid dəfn ediləcək

Daha 6 itkin-şəhid dəfn ediləcək
Bölmə adı Xəbərlər
Yayımlandı 30 İyun 2026, 16:29

Birinci Qarabağ müharibəsinin şəxsiyyəti müəyyənləşdirilən daha 6 itkin-şəhidi dəfn ediləcək.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, hərbçi Nuriyev Yarməmməd Maqsud oğlu iyulun 1-də saat 13:00-da Xaçmaz rayonunun Köhnə Xudat kənd qəbiristanlığında dəfn olunacaq.

İyulun 3-də isə mülki şəxslər Kamalov Bahadur Məhəmməd oğlu saat 12:00-da Kəlbəcər rayonunun Zar kəndi yeni qəbiristanlığında, Babayeva Mədinə Rəhim qızı saat 13:30-da Kəlbəcər rayonunun Daşbulaq kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Həmin gün hərbçilər Əhmədov Rauf Əjdər oğlu saat 14:00-da Goranboy rayonunun Sarov kənd qəbiristanlığında, Musayev Dəyanət Salik oğlu saat 13:00-da Ucar rayonunun Boyat kənd qəbiristanlığında, Əliyev Möysüm Murad oğlu isə saat 14:00-da Füzuli rayonunun Mahmudlu 2 kənd qəbiristanlığında dəfn ediləcək.