UNEC-də yüksək bal toplayaraq universitetə qəbul olunan abituriyentlər üçün xüsusi təqaüdlər təsdiqlənib.
UNEC-dən Aztehsil.az-a verilən məlumata görə, 2026/2027-ci tədris ili üzrə yüksək nəticə göstərən tələbələr aylıq təqaüdlə təmin olunacaqlar.
Belə ki, qəbul imtahanlarında 600–649 bal toplayaraq UNEC-ə qəbul olunan tələbələrə ayda 150 manat, 650 və daha yüksək bal toplayanlara isə ayda 300 manat təqaüd veriləcək.
Universitetdən bildirilib ki, bu təşəbbüs yüksək akademik nəticələr göstərən gənclərin təşviq edilməsi və onların təhsil motivasiyasının artırılması məqsədi daşıyır.