Azərbaycanda Türkiyə ilə birlikdə peşə təhsili müəssisəsi yaradılacaq.
“Aztəhsil.az” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün keçirilən brifinqdə məlumat verib.
İ.Bayramlı bildirib ki, yaradılacaq 2 müəssisədən birinin Bakıda, digərinin Quba şəhərində açılması nəzərdə tutulub: “Bu müəssisələrdə 5 ixtisas üzrə qəbul aparılması planlaşdırılır”.