Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanı əsasında ali təhsil müəssisəsinə qəbul olunan tələbələrin təhsili yarımçıq qalmır. Belə hallarda onların təhsillərini davam etdirməsi üçün digər ali təhsil müəssisələrinə köçürülməsi həyata keçirilir.
Tələbələrin indiyədək aldıqları diplomların etibarsız sayılacağı və ya tanınmayacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Qanuni əsaslarla verilmiş bütün diplomlar tanınacaq.
Müzakirə olunan qərarlardan biri universitetə yeni tələbə qəbulunun dayandırılmasıdır. Bu halda hazırda təhsil alan tələbələr məzun olduqdan sonra ali təhsil müəssisəsinin fəaliyyətinə xitam verilə bilər.
Universitetin gələcəyi ilə bağlı rəsmi qərar verildiyi halda, bu barədə ictimaiyyətə rəsmi məlumat veriləcək.