AZSET innovativ bakalavr təhsil proqramına qeydiyyat başladı

AZSET innovativ bakalavr təhsil proqramına qeydiyyat başladı
Bölmə adı Xəbərlər
Yayımlandı 22 İyun 2026, 16:51

Universitetin 1-ci kursunu bitirmisinizsə və gələcəyinizi texnologiya üzrə qurmaq istəyirsinizsə, Sizi AZSET bakalavr proqramına dəvət edirik. Təhsilinizi 2-ci kursdan burada davam etdirə bilərsiniz. 

Müraciət üçün tələblər:

Texniki və ya təbiət elmləri üzrə təhsil
ÜOMG: 81+
İngilis dili: minimum B2

AZSET hansı imkanları yaradır?

Münhen Texniki Universitetinin (TUM) akademik dəstəyi
Tam ödənişsiz ingilisdilli təhsil və Almaniyada yay məktəbi imkanı
AzTU diplomu və “TUM International GmbH” sertifikatı
AZCON Holding ekosistemində təcrübə və karyera imkanları

Son müraciət tarixi 15 iyuldur. Seçilən 60 tələbədən biri olmaq üçün elə indi müraciət edin!

Qeydiyyat üçün: //www.azsetedu.az/registration/account