BBC araşdırmasına əsasən Aztəhsil.az xəbər verir:
Adətən ev yeməkləri ilə zəngin sağlam bir pəhriz saxlasam da, şiriniyyata meylliyəm və hər gün bir-iki şokolad yeməyə vərdiş etmişəm.
İşim sağlamlıq və rifah haqqında hesabat hazırlamağı əhatə etdiyi üçün, təmizlənmiş şəkərlə yanaşı, tez-tez çoxsaylı qatqılar da ehtiva edən bu qədər şiriniyyat yeməkdən getdikcə narahat olmağa başladım. Əslində, müntəzəm olaraq yediyim şiriniyyatlardan biri, gündəlik tövsiyə olunan şəkər miqdarımın yarısından çoxunu ehtiva edir.
Bütün bu şəkərdən imtina etmək də asan deyil. Lakin mən gündəlik şəkər vərdişimdən qurtulmağın həqiqətən mümkün olub-olmadığını görmək qərarına gəldim.
Əvvəldən enerji səviyyələrimdə və özümü necə hiss etdiyimlə bağlı bəzi təəccüblü dəyişikliklər müşahidə etdim. Nahardan sonrakı süstlük keçdi, amma tez-tez soyuducumda yeməyə maraqlı (şirin) bir şey tapmaq üçün boş yerə vurnuxur, nəsə çatışmırmış kimi hiss edirdim.
Şəkər hər yerdədir
Əvvəlcə, qidalarımıza nə qədər şəkər əlavə olunduğu barədə düşünməyə dəyər. Ondan qaçmağın təəccüblü dərəcədə çətin olduğunu gördüm. Yerli supermarketimin rəflərinə baxarkən, gözləmədiyim qidalarda, o cümlədən 5.7 qram şəkər olan delikatesli çovdar çörəyi sendviçində və bolonez hazır yeməyində (9 qram) bunu müşahidə etdim. Bir çox səhər yeməyi lopa məhsullarına əlavə şəkərlər daxildir və geniş satılan supermarket çörəyinin bir dilimində təxminən 1.2 qram şəkər var idi.
Şəkər həmçinin, sağlamlıq üçün mənfi nəticələri olduğu bilinən və meyvələr, tərəvəzlər və tam taxıllar kimi bütöv qidalarla müqayisədə daha az qida maddəsi ehtiva edən bir çox ultra-emal olunmuş qidalarda da boldur.
Doğuşdan gələn vərdiş Miçiqan Universitetinin psixologiya professoru Eşli Gearhardta görə, şirin dadı sevmək bizim bioloji kodumuzda var: "Biz ana bətnindən şirin dadları sevərək çıxırıq, bu, ana südünün bir hissəsidir". Əsas problem isə budur ki, müasir dünyada "şirinliyi çox ucuz şəkildə çatdırmaqda" artıq ustalaşmışıq.
Yüksək şəkərli qidalar qan şəkərini sürətlə artırır. Bu proses tez-tez təkrarlananda bədən insulinə qarşı davamlı olur, bu da tip 2 diabet riskini artırır. Şəkərli rasion diş çürüməsi, iltihab, piylənmə, Alzheimer və xərçəng kimi ciddi problemlərlə birbaşa əlaqəlidir.
Professor Gearhardt bu vəziyyəti kəskin qiymətləndirir: "Diabet kimi pəhrizlə bağlı xəstəliklər artıq insanları alkoqol və opiatların əhatə dairəsindən kənarda öldürür və sağlam olmayan qidalar dünyanın ən ölümcül maddəsi olmaq üçün tütünlə rəqabət aparır".
Şəkərin xüsusilə qaraciyər üzərindəki təsiri sarsıdıcıdır. Araşdırmalar göstərir ki, eyni kaloridə olsa belə, yüksək şəkərli içkilər qəbul edənlərin qaraciyərindəki yağlanma iki dəfə artır. Mütəxəssis Robert Lustig isə xəbərdarlıq edir ki, qarğıdalı şərbəti kimi fruktoza mənbələri hüceyrələrin enerji mərkəzi olan mitoxondriləri sıradan çıxarır. Nəticə? Yorğunluq, beyin dumanı, taqətsizlik və əsəbilik.
Şəkərdən imtina etməyin niyə bu qədər çətin olduğunu bioloqlar belə izah edir:
Şəkərli qidalar beynin mükafat sistemini aktivləşdirir. İnsan şəkər yedikdə "xoşbəxtlik hormonu" olan dopamin ifraz olunur.
Şəkərə olan istəyimiz nə qədər güclüdürsə, aldığımız həzz də bir o qədər çox olur. Bu, beynimizi daha çox şəkər istəməyə proqramlaşdırır.