Naxçıvanda 18 yaşlı qızı maşın VURDU

Naxçıvanda 18 yaşlı qızı maşın VURDU
Bölmə adı Xəbərlər
Yayımlandı 26 İyun 2026, 21:44

Aztəhsil.az xəbər verir ki, hadisə şəhərin Həsən Əliyev küçəsində baş verib.

Belə ki, avtomobil Şərur rayon sakini, 2008-ci il təvəllüdlü Günay Elçin qızı Zülfüqarzadəni vurub. Xəsarət alan piyada Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, faktla bağlı araşdırma aparılır.

(oxu.az)