Dünya birincisi olan yeniyetmə şahmatçımız 

Dünya birincisi olan yeniyetmə şahmatçımız 
Bölmə adı Xəbərlər
Yayımlandı 28 İyun 2026, 21:33

Mingəçevir şəhəri Mehdi Hüseynzadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi, Mingəçevir şəhəri Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Zəhra Allahverdi beynəlxalq arenada möhtəşəm uğura imza atıb.

"Aztəhsil.az" xəbər verir ki, Zəhra İtaliyanın Montesilvano şəhərində keçirilən 14 yaşadək yeniyetmələr arasında Dünya Şahmat Çempionatında parlaq çıxış edərək qızıl medal qazanıb və dünya çempionu adına layiq görülüb.