Qismən akademik tanınma müraciətlərinin müddəti uzadıldı

Qismən akademik tanınma müraciətlərinin müddəti uzadıldı
Bölmə adı Xəbərlər
Yayımlandı 30 İyun 2026, 16:13

Xaricdən köçürülmə (transfer) məqsədilə qismən akademik tanınma şəhadətnaməsi almaq istəyən vətəndaşların daxil olan çoxsaylı müraciətləri nəzərə alınaraq, sənəd qəbulunun son tarixi uzadılıb.

"Aztəhsil.az" xəbər verir ki, qismən akademik şəhadətnamə əldə etmək istəyən şəxslər 07.07.2026-cı il tarixi, saat 18:00-a qədər müraciət edə bilərlər.