Peşə təhsili müəssisələrinə sənəd qəbulu BAŞLAYIB

Peşə təhsili müəssisələrinə sənəd qəbulu BAŞLAYIB
Bölmə adı Xəbərlər
Yayımlandı 23 İyul 2026, 11:11

Bu gündən peşə təhsili müəssisələrinə 2026-2027-ci tədris ili üzrə tələbə qəbulu başlayıb.

“Aztəhsil.az” xəbər verir ki, peşə təhsili müəssisələrinə qəbul "portal.edu.az" platforması üzərindən həyata keçirilir. Saat 10:00-dan etibarən portal aktivdir. 

Sistemə giriş "myGov" ID vasitəsilə təmin olunacaq.

Qeydiyyat 23 iyul - 10 avqust tarixlərində aparılacaq.

14-15 avqust tarixlərində nəticələrin elan edilməsi nəzərdə tutulur. 

16-25 avqustda isə peşə təhsili müəssisələrinə qəbul olanların sənəd qəbulu mərhələsi baş tutacaq.