Peşə təhsili alan tələbələrə möhlət hüququ verilə bilərmi? 

Peşə təhsili alan tələbələrə möhlət hüququ verilə bilərmi? 
Bölmə adı Xəbərlər
Yayımlandı 23 İyul 2026, 13:48

Peşə təhsili müəssisələrinin tələbələrinə hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinə aydınlıq gətirilib.

“Aztəhsil.az” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

Direktor bildirib ki, hazırda hərbi xidmətdən möhlət hüququ yalnız ümumi təhsil səviyyəsindən məzun olan 20 yaşadək gənclərə şamil olunur: “Hələlik bir dəyişiklik gözlənilmir, bu mövzu gündəmdə deyil. Lakin gələcəkdə ehtiyac olarsa, bu məsələ qaldırıla bilər”.