2026-cı ildə 500-dək müəllimin ixtisasartırma və beynəlxalq təlimlərə cəlb olunması nəzərdə tutulur.
“Aztəhsil.az” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün keçirilən brifinqdə məlumat verib.
İ.Bayramlı bildirib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 21 ixtisas üzrə 532 şəxsə təlim keçirilməsi nəzərdə tutulub.