Nazir müavini Pakistanın dövlət naziri ilə görüşüb

Nazir müavini Pakistanın dövlət naziri ilə görüşüb
Bölmə adı Xəbərlər
Yayımlandı 24 İyul 2026, 10:34

İyulun 23-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Pakistan İslam Respublikasının federal təhsil və peşə hazırlığı dövlət naziri Vaciha Qəmər ilə görüş keçirib.

"Aztəhsil.az" xəbər verir ki, görüşdə Azərbaycan ilə Pakistan arasında elm və təhsil sahəsində mövcud əlaqələr, bu istiqamətdə həyata keçirilən birgə fəaliyyətlər və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.