Qarabağ Universiteti komandasını genişləndirir - VAKANSİYA 

Qarabağ Universiteti komandasını genişləndirir - VAKANSİYA 
Bölmə adı Xəbərlər
Yayımlandı 25 İyul 2026, 18:13

İnnovativ və dinamik iş mühitində peşəkar inkişaf etmək, müasir texnologiyalarla işləmək və universitetin rəqəmsal transformasiyasına töhfə vermək istəyirsinizsə, sizi Web Developer – PHP/Backend vakansiyasına müraciət etməyə dəvət edirik.

İş öhdəliklərinin təsviri
•    Universitetin mülkiyyətində olan mövcud və yeni qurulacaq veb-platformaların, daxili sistemlərin fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək;
•    Cari sistemlərin transferi, adaptasiyası və idarə edilməsi məqsədilə keçiriləcək təlimlərdə iştirak etmək, müvafiq CMS (xüsusilə Drupal) və framework arxitekturalarını mənimsəmək;
•    Layihələrin backend və modul/funksionallıq infrastrukturunu daxili ehtiyaclara uyğun olaraq qurmaq və inkişaf etdirmək;
•    Verilənlər bazasının (MySQL, PostgreSQL) arxitekturasını layihələndirmək, sorğuları optimallaşdırmaq və məlumatların bütövlüyünü qorumaq;
•    Mövcud kod bazalarında yaranan texniki nasazlıqları (bug-ları) təsbit edib aradan qaldırmaq və refaktorinq işlərini aparmaq;
•    İnteqrasiya tələb olunan sistemlər üçün RESTful API-lar hazırlamaq və ya mövcud API-larla işləmək;
•    Görülən işlər və sistemlərin strukturu barədə texniki sənədləşməni hazırlamaq və İT komandası ilə koordinasiyalı işləmək.

Tələblər
•    Kompüter elmləri, İT, Proqramlaşdırma və ya müvafiq sahə üzrə ali təhsil;
•    PHP proqramlaşdırma dili üzrə minimum 2-3 il iş təcrübəsi (OOP, MVC prinsiplərini və Clean Code standartlarını bilmək);
•    Müasir PHP framework-ləri (Laravel, Symfony və s.) və ya CMS platformaları ilə təcrübə (Drupal bilikləri böyük üstünlükdür);
•    Relasiyalı verilənlər bazaları (MySQL, PostgreSQL, Oracle) ilə işləmək bacarığı;
•    Baza səviyyədə HTML5, CSS3, JavaScript bilikləri və Git (Version Control) ilə işləmək təcrübəsi;
•    Linux əməliyyat sistemi üzrə təməl anlayış;
•    Yeni texnologiyaları və fərqli platformaların arxitekturasını sürətlə qavrama bacarığı.

Müraciət etmək üçün:
Namizədlər CV-lərini mövzu hissəsində “Web Developer - PHP/Backend” qeyd etməklə [email protected] elektron poçt ünvanına təqdim edə bilərlər.

Qeyd: Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.