Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri vətəndaşlarımız üçün yeni məşğulluq imkanları yaradır. Müxtəlif sahələr üzrə elan olunan vakansiyalar vətəndaşların işlə təmin olunmasına və dayanıqlı məşğulluğa dəstək olur.
Siz də Qarabağ və Şərqi Zəngəzurda mövcud olan yeni iş imkanlarından yararlanmaq istəyirsinizsə, Dövlət Məşğulluq Agentliyinin veb-saytında “Qarabağda iş imkanları” səhifəsindəki aktiv vakansiyalarla tanış ola və müraciət edə bilərsiniz.
➡️ //dma.gov.az/layiheler/qarabagda-is-imkanlari%C2%A0