15 yaşadək oğlanlar arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM

15 yaşadək oğlanlar arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
Bölmə adı Xəbərlər
Yayımlandı 27 İyul 2026, 15:54

15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçiriləcək. 

“Aztəhsil.az” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, tədbirin 2026-cı il oktyabrın 22–31-də Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib. 

Beynəlxalq səviyyəli bu idman tədbirinin yüksək səviyyədə təşkili məqsədilə Nazirlər Kabinetinə və aidiyyəti qurumlara bir sıra tapşırıqlar verilib.

Qeyd olunur ki, idman tarixində ilk dəfə keçiriləcək 15 yaşadək oğlanlar arasında futbol üzrə dünya çempionatı və festivalına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin beynəlxalq idman aləmində artan nüfuzunun daha da möhkəmlənməsinə, futbolun inkişafına və Azərbaycanın mötəbər yarışların təşkili sahəsində qazandığı təcrübənin zənginləşməsinə xidmət edəcək.