Xaricdə təhsil üzrə Dövlət Proqramında YENİLİK: Proses sadələşdirilib

Xaricdə təhsil üzrə Dövlət Proqramında YENİLİK: Proses sadələşdirilib
Bölmə adı Xəbərlər
Yayımlandı 23 Aprel 2026, 12:50

 

Dövlət Proqramı iştirakçıları üçün məzun hesabatının təqdim edilməsi prosesi sadələşdirilib.

Aztəhsil.az xəbər verir ki, portal.edu.az platformasında həyata keçirilmiş son yenilik nəticəsində Dövlət Proqramı iştirakçıları üçün məzun hesabatlarının təqdim edilməsi prosesi sadələşdirilib. Artıq proqram iştirakçıları məzun hesabatlarını birbaşa şəxsi kabinetləri vasitəsilə onlayn şəkildə təqdim edə biləcəklər.

Tətbiq edilən bu yenilik hesabatların təqdim olunması prosesinin daha operativ və məzun yönümlü şəkildə həyata keçirilməsinə imkan yaradır. İştirakçılar şəxsi kabinetə daxil olaraq yalnız hesabatlarını təqdim etməklə kifayətlənməyəcək, eyni zamanda təhsil müddətində əldə etdikləri akademik və qeyri-akademik nailiyyətləri də ətraflı şəkildə sistem üzərindən qeyd edə biləcəklər.

Yaradılmış bu imkan məzun məlumatlarının daha sistemli şəkildə toplanmasına və təqdim edilməsinə şərait yaradır.

Təlimatla tanış olmaq üçün keçiddən istifadə edə bilərsiniz.