"Kontakt Home" ÖDƏNİŞLİ təcrübə proqramı elan edir - Karyera fürsəti

"Kontakt Home" ÖDƏNİŞLİ təcrübə proqramı elan edir - Karyera fürsəti
Bölmə adı Layihələr
Yayımlandı 1 May 2026, 17:20

Motivasiyalı, güclü ünsiyyət bacarıqlarına malik 4-cü kurs və magistr tələbələrini, həmçinin 2025–2026-cı illərin məzunlarını təcrübə proqramına qoşulmağa dəvət edirik!


Proqram haqqında:

  • Seçim mərhələlərini uğurla keçən namizədlər AR əmək qanunvericiliyinə uyğun sənədləşdiriləcək
  • İştirakçılar orientasiya proqramına cəlb olunacaqlar
  • Təcrübəçilər “Kontakt”ın müxtəlif strukturlarında:
    • Sağlam və pozitiv korporativ mühitdə
    • Qarşılıqlı etibar əsasında
    • Real iş təcrübəsi qazanacaqlar
  • Proqram müddətində fərqlənən iştirakçılar gələcək vakansiyalar üçün potensial namizəd kimi qiymətləndirilə bilər
  • Təcrübə proqramı ödənişlidir və 2 ay davam edir

Təcrübə sahələri:

  • İnsan Resursları (İşə qəbul / Əmək münasibətləri)
  • İnformasiya və Kommunikasiya Texnologiyaları:
    • Texniki dəstək
    • IT infrastruktur
    • Proqramlaşdırma
    • IT Business Analyst (IT BA)
  • Layihə Ofisi (Süni İntellekt)
  • Hesablaşma əməliyyatları (Arxiv)
  • Maliyyə
  • Elektron kommersiya
  • Kommersiya
  • Korporativ və topdan satış

 Proqram sənə nə qazandıracaq?

  • Real iş mühiti ilə tanışlıq
  • Təhsil müddətində öyrəndiklərini praktikada tətbiq etmə imkanı
  • Sahə üzrə peşəkarlarla işləmək və onların təcrübəsindən faydalanmaq
  • Təcrübə proqramını uğurla bitirdikdə sertifikat

Kimlər müraciət edə bilər?

  • 4-cü kurs tələbələri
  • Magistr tələbələri
  • 2025–2026-cı illərin məzunları

Qeydiyyat: 

//jobs.glorri.az/vacancies/abc-telecom/abc-telecom-kontakt-home-tecrube-proqrami-98616/apply?source=edumap

Son müraciət tarixi: 7 iyun 2026