Proqram müddətində iştirakçılar şirkətin fəaliyyəti ilə yaxından tanış olacaq, real iş tapşırıqları üzərində çalışaraq praktiki bilik və bacarıqlar əldə edəcəklər. Proqram, gənclərin iş həyatına uğurlu başlanğıc etməsi üçün dəyərli imkan yaradır.
Seçilən namizədlər aşağıdakı şöbələr üzrə təcrübə keçmək imkanı əldə edəcəklər:
1. Mühasibatlıq şöbəsi
2. Maliyyə şöbəsi
3. Logistika
4. Nəzarət-ölçü cihazları və avtomatlaşdırma şöbəsi
5. SƏTƏM şöbəsi
6. Satış şöbəsi
7. Keyfiyyətə nəzarət və laboratoriya şöbəsi
8. Sənaye qaz istehsalı şöbəsi
9. Elektrik mühəndisliyi şöbəsi
10. Mexanika şöbəsi
11. İstehsalat şöbəsi
Tələblər:
- Ali və ya orta ixtisas təhsilinin sonuncu kursunu bitirən tələbələr
- Ali və ya orta ixtisas təhsilini yeni bitirmiş məzunlar
- Güclü ünsiyyət bacarıqları
- Təşəbbüskarlıq və məsuliyyətlilik
- Punktuallıq
- Analitik düşüncə və araşdırma bacarığı
Proqramı uğurla başa vuran iştirakçılar “Azerfloat” QSC tərəfindən sertifikat və xasiyyətnamə ilə təmin olunacaqlar. Yüksək nəticə göstərən təcrübəçilərə şirkətdə işlə təmin olunmaq imkanı təqdim ediləcək.
Əmək haqqı: 400 AZN + nahar üçün ödəniş
Servis xidməti: 20 Yanvar metrostansiyası
İş qrafiki: Həftə oçi 5 gün, 08:00 – 17:00
Son tarix: 22 May 2026
Müraciət üçün:
CV-nizi mövzu hissəsində şöbənin adını qeyd etməklə [email protected] e-poçt ünvanına göndərə bilərsiniz.