Peşə təhsili müəssisələrində dövlət buraxılış imtahanları keçirilir

Peşə təhsili müəssisələrində dövlət buraxılış imtahanları keçirilir
Bölmə adı Xəbərlər
Yayımlandı 23 İyun 2026, 11:14

“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması” haqqında  Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq qərarlarına uyğun olaraq 2025/2026-cı tədris ili üzrə dövlət buraxılış imtahanları təşkil edilir.

Bu barədə "Aztəhsil.az" a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Elm və Təhsil Nazirliyi tabeliyindəki 73 peşə təhsili müəssisəsində təşkil edilən 1050 buraxılış imtahanı nəticə etibarilə 16 612 təhsilalanın yekun attestasiyasını əhatə edir. Buraxılış imtahanları təhsil proqramlarının (kurikulumların) tələblərinə uyğun təhsilalanların əldə etdikləri bilik, bacarıq və səriştələrin yekun qiymətləndirilməsinə xidmət edir.

Qeyd edək ki, buraxılış imtahanlarının təşkili və icrası prosesinə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən onlayn nəzarət mexanizmi tətbiq olunur.