Prezident İlham Əliyev: Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi

Prezident İlham Əliyev: Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi
Bölmə adı Xəbərlər
Yayımlandı 13 İyul 2026, 10:07

İndi biz deyə bilərik ki, bəzi korrupsiyaya uğramış şəxslər, o cümlədən Beynəlxalq Məhkəmənin keçmiş nümayəndəsi cənab Okampo öz fikrini də bildirmişdir. O, müəyyən maliyyə mənbəyindən yararlandı və bir erməni oliqarxı Ermənistanla bağlı olan məsələlərdə ona dəstək vermişdir. 

Aztəhsil.az Azərtac- a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında səsləndirib. 

Dövlətimizin başçısı bildirib: “Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi və ümid edirik ki, cənab Borrel birdəfəlik olaraq siyasətdən gedib. O vaxtdan bəri bizim münasibətlər yaxşılaşmağa başladı. Xüsusən də biz gördük ki, həmin bu münasibətlərin qarşılıqlı şəkildə yenidən başlanılmasına böyük bir ehtiyac var və biz bunu dəstəklədik”.