Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir

Birbank “Kredit Risk Analitiki” üzrə Təcrübəçi vakansiyası elan edir
Bölmə adı Layihələr
Yayımlandı 30 Aprel 2026, 14:40

Vəzifə öhdəlikləri:
- Analitik alətlər vasitəsilə məlumatların təhlilinə dəstək göstərmək və potensial risklərin müəyyən edilməsində iştirak etmək
- Kredit risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması proseslərinə dəstək vermək
- Hesabatların hazırlanmasında iştirak etmək və risk idarəetmə alətləri vasitəsilə portfel analizinə töhfə vermək

Tələblər:
- Maliyyə, iqtisadiyyat və ya digər kəmiyyət yönümlü ixtisaslar üzrə ali təhsil
- Yeni məzunlar və ya son kurs tələbələri
- Yüksək motivasiya və təşəbbüskarlıq
- Güclü analitik və kommunikasiya bacarıqları
- Özünü inkişaf etdirməyə maraq və yüksək öyrənmə həvəsi
- Microsoft Office proqramları (xüsusilə Excel) üzrə biliklər
- SQL, Python və Tableau üzrə ilkin biliklər
- İngilis dilində sərbəst ünsiyyət bacarığı

Təklif olunur:
- Dəstəkləyici və peşəkar iş mühiti
- Port Baku Tower 2-də müasir və komfortlu ofis
- Agile prinsipləri ilə işləyən dinamik komanda, müntəzəm team-building və tematik tədbirlər

Son müraciət tarixi: 8 may 2026
Müraciət üçün:

//careers.bir.az/vacancies/7282