AZAL-da Kibertəhlükəsizlik üzrə Təcrübə Proqramı - Maaşlı və Rəsmi müqavilə ilə

AZAL-da Kibertəhlükəsizlik üzrə Təcrübə Proqramı - Maaşlı və Rəsmi müqavilə ilə
Bölmə adı Layihələr
Yayımlandı 3 May 2026, 10:41

Tələblər:
• Kompüter elmləri, informasiya təhlükəsizliyi və ya əlaqəli sahələr üzrə 3–4-cü kurs tələbələri, magistrantlar və ya məzunlar
• İnformasiya təhlükəsizliyi və penetration testing üzrə baza bilikləri
• Veb təhlükəsizliyi və ümumi zəifliklər haqqında anlayış
• Şəbəkə əsasları (TCP/IP, HTTP/HTTPS, DNS) üzrə biliklər
• Linux əməliyyat sistemində işləmə bacarığı
• Burp Suite, Nmap, BloodHound və digər alətlər haqqında ilkin məlumat
• Active Directory və autentifikasiya mexanizmləri üzrə anlayış (Kerberos bilikləri üstünlükdür)
• Skript yazma üzrə baza bilikləri (Python, Bash və s.)
• İngilis dili biliyi – minimum B2 səviyyəsində

Əlavə məlumat:
• İş qrafiki: yarım və ya tam iş günü
• Müddət: 6 ay
• Təcrübə müddətində müqavilə bağlanılır və ödəniş təmin edilir

Müraciət üçün:
CV-nizi [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.