Dünyanın bütün ölkələrindən tələbələr müraciət edə bilərlər. Proqram əsasən iqtisadiyyat, beynəlxalq biznes və əlaqəli sahələrə maraq göstərən gənclər üçün nəzərdə tutulub.
Müraciət prosesi:
- CV hazırlamaq
- Rəsmi müraciət formasını doldurmaq
- Motivasiya məktubu / esse təqdim etmək
- 120 saniyəlik motivasiya videosu hazırlamaq
Video təqdimatda cavablandırılmalı suallar:
- Təhsil sistemləri gələcəyin liderlərini dinamik qlobal iqtisadiyyata hazırlayırmı?
- Beynəlxalq iqtisadi münasibətlər sahəsində uğur qazanmaq üçün tələbələr hansı bacarıqları inkişaf etdirməlidirlər?
Təqaüd proqramına daxildir:
- Ruminiyanın Buxarest şəhərində 2 həftəlik yay məktəbi
- Universitet kampusunda yerləşmə
- Gündə 3 dəfə yemək
- Hava limanı transferi
- Ekskursiyalar
- Akademik kurs və seminarlar
- Beynəlxalq professorlarla görüş
- Xarici tələbələrlə networking imkanı
Qeyd olunur ki, proqram iştirakçıların Rumıniyaya gediş-gəliş nəqliyyat xərclərini qarşılamır.
Ödəniş və nəticələr:
Proqram tam təqaüdlü, qismən ödənişli və tam ödənişli formatda təşkil olunur. Tam təqaüdə müraciət edənlər motivasiya məktubu və video təqdim etməlidirlər. Seçilən namizədlər üçün əlavə 75 avro rüsum nəzərdə tutulur.
Proqram tarixləri:
9–23 avqust 2026.
Qiymətləndirmə meyarları:
- Akademik motivasiya
- Beynəlxalq biznes və iqtisadiyyata maraq
- Video təqdimatın keyfiyyəti
- Liderlik və kommunikasiya bacarıqları
- Motivasiya məktubu və essenin məzmunu
- Multikultural mühitdə iştirak potensialı
Qeydiyyat linki:
//docs.google.com/forms/d/e/1FAIpQLSehPMUri7Rhk7NpSqNrnfHsnkNMa8g4YozkGTb6FKY3z0dXcQ/viewform?pli=1&pli=1