Bu bölgə üzrə RFO-dan medal qazanan şagirdlərin SAYI

Bu bölgə üzrə RFO-dan medal qazanan şagirdlərin SAYI
Bölmə adı Uğur hekayələri
Yayımlandı 11 May 2026, 13:42

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 2025–2026-cı tədris ilində Respublika Fənn Olimpiadalarında (RFO) uğur qazanan şagirdlərin medal göstəriciləri açıqlanıb.

Bu barədə Aztəhsil.az-a Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumata əsasən xəbər verir.

Belə ki, Şirvan məktəblilərinin qazandığı medallar arasında 2 qızıl, 7 gümüş və 2 bürünc medal yer alıb.
Neftçala rayonu üzrə şagirdlər 2 qızıl, 2 gümüş və 3 bürünc medal əldə ediblər. Salyan rayonunun şagirdləri 3 gümüş medal qazanıblar. Biləsuvar rayonu üzrə isə məktəblilər 2 gümüş və 1 bürünc medala layiq görülüblər.

Qeyd edək ki, Respublika Fənn Olimpiadaları şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların elmə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.