RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ

RFO və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının NƏTİCƏLƏRİ
Bölmə adı Xəbərlər
Yayımlandı 13 May 2026, 21:20

Mayın 2-də keçirilmiş Respublika Fənn Müsabiqələri və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının yarımfinal mərhələlərinin nəticələri elan edilib.

Aztəhsil.az xəbər verir ki, şagirdlər portal.edu.azplatformasındakı şəxsi kabinetlərinə daxil olaraq nəticələrlə tanış ola bilərlər.

Yarımfinal mərhələsinin nəticələri ilə bağlı müraciətlər üç iş günü ərzində -15 may saat 17:00-dək qəbul edilir. Müraciətlər elektron poçt vasitəsilə göndərilməlidir.

Final mərhələsi 31 may 2026-cı il tarixində keçiriləcək. Bu mərhələdə şagirdlərə müvafiq istiqamətlər üzrə açıq və yarımqapalı tapşırıqlar təqdim ediləcək.