Azərbaycan təhsil tarixində İLKƏ imza atdı

Azərbaycan təhsil tarixində İLKƏ imza atdı
Bölmə adı Xəbərlər
Yayımlandı 13 İyul 2026, 10:04

İyulun 4–12-də Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-cı Beynəlxalq Fizika Olimpiadasında (IPhO) Azərbaycan komandası 5 medal (2 gümüş, 3 bürünc) qazanıb.

"Aztəhsil.az" xəbər verir ki, Azərbaycan təhsil tarixində ilk dəfə qız şagird – Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin XI sinif şagirdi Zeynəb Məhəmmədli bu olimpiadada gümüş medal qazanıb.

Qeyd edək ki, Azərbaycan komandası 56-cı Beynəlxalq Fizika Olimpiadasında əldə etdiyi nəticə ilə son 20 ilin ən yüksək göstəricisinə imza atıb.